ABŞ ordusu ildə 72 qırıcı alacağına qayıtmağa ümid edir

ABŞ ordusu ildə 72 qırıcı alacağına qayıtmağa ümid edir

ABŞ-nin Hərbi Hava Qüvvələri 2025-ci maliyyə ilində (1 oktyabr 2024-cü ildən 30 sentyabr 2025-ci ilədək) ordunun maliyyəsinin azalması səbəbindən yalnız 60 qırıcı alınacağına baxmayaraq, yaxın gələcəkdə azı 72 ədəd F-15 və F-35 qırıcısının alınacağına ümid edir.

"Birxeber.Az"un məlumatına görə, bunu "Defence One" portalının təşkil etdiyi konfransda ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Devid Elvin deyib.

"Hazırda optimal olaraq ildə 72 qırıcı qəbul etmək istərdik", - Elvin deyib. Onun sözlərinə görə, hazırda nazirlikdə mövcud büdcə məhdudiyyətləri və Hərbi Hava Qüvvələri üçün zəruri olan texnikanın alınması üçün mümkün prioritetlər öyrənilir.

General Hərbi Hava Qüvvələrinin yaxın gələcəkdə ildə 72 qırıcı almağa qayıtmaq niyyətində olub-olmaması ilə bağlı suala müsbət cavab verib.