Lavrov: “Moskva məhbus mübadiləsi ilə bağlı Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır”

Lavrov: “Moskva məhbus mübadiləsi ilə bağlı Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır”

Rusiya ABŞ ilə iki ölkə liderləri arasında razılaşmalar çərçivəsində əsirlərin mübadiləsinə dair dialoqu davam etdirməyə hazırdır.

APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Vaşinqton mütəmadi olaraq razılaşdıqları, lakin Moskvanın əməkdaşlıq etmədiyi ilə bağlı bəyanatlar verir.

“Bu cür bəyanatlar prezidentlərin razılaşmalarına ziddir”, - nazir qeyd edib.

Onun sözlərinə görə, Rusiya bu razılaşmalara sadiqdir və dialoqu Rusiya və Amerika liderləri Vladimir Putin və Co Baydenin razılaşdırdıqları şəkildə və formada davam etdirməyə hazırdır.