Lavrov: “Rusiya Kiyevin “Crocus”dakı terror aktında iştirakını istisna edə bilməz"

Lavrov: “Rusiya Kiyevin “Crocus”dakı terror aktında iştirakını istisna edə bilməz"

Rusiya Kiyevin “Crocus City Hall”dakı terror aktında iştirakını istisna edə bilməz.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.

"Qərb şübhəli şəkildə Rusiya tərəfini təkcə açıq şəkildə deyil, həm də diplomatik nümayəndəliklər vasitəsilə inandırmağa çalışır ki, Kiyevdən şübhələnməyə ehtiyac yoxdur. Amma bunun səbəbini izah etmir", - nazir qeyd edib.