Alen Simonyan: “Müttəfiqimiz olan Rusiya ən kritik anda bizi tərk etdi”

Alen Simonyan: “Müttəfiqimiz olan Rusiya ən kritik anda bizi tərk etdi”

Bizi qorumaq vaxtı çatanda Rusiya bizi qorumadı, bizi aldatdılar.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin İctimai Televiziyada deyib.

“Sonra bir daha ümid etdik ki, bizi qoruyacaqlar, sonra yenə aldatdılar və sonda gəlib Ermənistanı “xilas etmək” üçün bizi elə Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışdılar. Bizi qorumalı olan bir dostumuz, müttəfiqimiz var idi. Böyük qardaş, necə deyərlər, vaxtı gələndə bizi qorumadı. Bəli, bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən kritik anda bizi tərk etdi və bu, faktdır”, - spiker qeyd edib.