Polşa parlamenti casus proqramlardan istifadəni araşdıracaq

Polşa parlamenti casus proqramlardan istifadəni araşdıracaq

Polşa parlamenti keçmiş hökumətin casus proqramlardan istifadə etməsi ilə bağlı irəi sürülən iddianı araşdıracaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Qeyd olunub ki, millət vəkilləri müxalifət deputatlarına qarşı “Pegasus” casus proqramından istifadə edilməsini araşdırmaq üçün komissiyanın tərkibini təsdiqləyiblər.

Polşa parlamentinin deputatı və komissiyanın rəhbəri Maqdalena Sroka bildirib: “Bu komissiya proqramın kimin nəzarətində olduğunu, niyə belə həssas və konkret sistemin siyasi mübarizə, rəqibləri məhv etmək üçün istifadə edildiyini müəyyən edəcək”.

Onun sözlərinə görə, Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski də komissiya qarşısında ifadə vermək üçün çağırılacaq.

Agentlik hesab edir ki, istintaq Donald Tusk hökuməti ilə Polşanın keçmiş hakim Qanun və Ədalət partiyasını dəstəkləyən prezident Anjey Duda arasında gərginliyi daha da artıra bilər.