Gəncədə yaşayış binası yanır - FOTO

Gəncədə yaşayış binası yanır  - FOTO

Gəncədə yanğın hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, yanğın Heydər Əliyev Prospektində yerləşən 3 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən binada anidən yanğın başlayıb.

Əraziyə dərhal FHN-nin 10-yaxın yanğınsöndürən avtomobili və 50-dən çox canlı qüvvəsi, həmçinin təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Hazırda binanın dam örtüyünün söndürülməsi istiqamətində işlər davam etdirilir, yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınır.

Yanğın nəticəsində binanın dam örtüyü tamamilə yararsız vəziyətə düşüb.

Bina sakinləri təxliyə edilir.