Netanyahu HƏMAS-ın “strateji aktivlərinin” ələ keçirildiyini bildirib

Netanyahu HƏMAS-ın “strateji aktivlərinin” ələ keçirildiyini bildirib

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı Fələstinin HƏMAS hərəkatının "strateji aktivlərini" ələ keçirib və danışıqlar zamanı onlardan istifadə etmək niyyətindədir.

Birxeber.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu israilli girovların ailələri ilə görüşündə deyib.

“Biz HƏMAS-ın strateji aktivlərini ələ keçirmişik. Bu, oğullarımızın və qızlarımızın azadlığının daha bir açarıdır. Şimal sektorunu və Xan Yunisi nəzarətdə saxlayırıq, Rəfaha girməyə hazırlaşırıq. Girovların bəzilərini deyil, hamısını qaytarmaq üçün bu aktivlərdən mənim gündəlik apardığım danışıqlarda ağıllı şəkildə istifadə etməliyik”, - Baş nazir vurğulayıb.