Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Şəkidə 26 yaşlı gənc sirkə turşusu içərək zəhərlənib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Oxud kəndində axşam saatlarında baş verib.

Kənd sakini 1998-ci il təvəllüdlü Vüqar Cəfər oğlu Mustafazədə yaşadığı ünvanda sirkə turşusu içərək zəhərlənib.

V. Mustafazadə yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Pasiyent xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Onun su əvəzinə sirkə turşusu işdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.