Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, səfərin ilk günündə şəhid ailələrinin üzvləri Füzuli rayonu Alxanlı, Merdinli, Qaraxanbəyli kəndlərində olub, övladlarının şəhidlik zirvəsinə ucaldıqları yerləri ziyarət ediblər.

Həmçinin, səfər zamanı onlar Füzulidə aparılan quruculuq işləri ilə də tanış olublar.

Şəhid ailələrinin üzvləri Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsinə də səfər ediblər.

Naxçıvandan yola düşən şəhid ailələri sabah Şuşa şəhərinə və Xocavənd rayonuna da səfər edəcəklər.

Səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.