Lavrov: Ermənistanla Rusiya arasında münasibətlərdəki vəziyyət nikbinlik yaratmır

Lavrov: Ermənistanla Rusiya arasında münasibətlərdəki vəziyyət nikbinlik yaratmır

Ermənistanla Rusiya arasında münasibətlərdəki vəziyyət Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri bilərəkdən pozan mövqeyinə görə nikbinlik yaratmır.

Birxeber.Az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Ermənistan rəhbərliyi, açığını desək, uydurma bəhanələrlə son üç-üç il yarımın tarixini təhrif edərək, bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır” – o qeyd edib.