Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Azərbaycana səfər edəcək

Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Azərbaycana səfər edəcək

Avropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Ermənistana səfər edəcək.

APA "Armenpress"ə istinadən xəbər verir ki, komitə üzvləri aprelin 8-9-da Ermənistanda işgüzar səfərdə olacaqlar.

Aİ rəsmiləri İrəvanda və Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının ofisində görüşlər keçirəcək.

Bildirilib ki, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında təsəvvür əldə etməkdir.

Nümayəndə heyəti Gürcüstan və Azərbaycana da səfər edəcək.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri üzv dövlətlərin Aİ-dəki səfirlərindən ibarətdir.