"Crocus"dakı terror aktı ilə bağlı daha bir şübhəli saxlanılıb

"Crocus"dakı terror aktı ilə bağlı daha bir şübhəli saxlanılıb

"Crocus"-a hücum edən terrorçuları maliyyələşdirmək planında iştirak edən daha bir şübhəli müəyyən edilərək saxlanılıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Crocus” terrorçuları ilə Ukrayna millətçiləri arasında əlaqə olduğuna dair sübutlar əldə edib.

"“Crocus” terror aktını törədənlərə Ukraynadan xeyli miqdarda pul və kriptovalyuta daxil olması ilə bağlı istintaqda məlumatlar var. İstintaqın ilk nəticələri terrorçuların "Crocus"-da hərəkətlərinin planlaşdırılmış xarakterini, ehtiyatlı hazırlıq və maliyyə dəstəyini təsdiqləyir. İstintaq "Crocus"-da baş verən terror aktı ilə bağlı işdə iştirak edən yeni şəxsin tutulmasına çalışacaq. Bütün bu sübutlar saxlanılan terrorçularla iş, onlardan götürülən qadcetlərin öyrənilməsi və maliyyə əməliyyatları haqqında məlumatların təhlili nəticəsində əldə edilib", deyə İstintaq Komitəsinin məlumatında qeyd olunub.