İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir

İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir

İtaliyanın silahlı qüvvələrinin sayını artırmaq lazımdır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “II Sole 24” nəşri İtaliya Baş Qərargah rəisi, admiral Cüzeppe Kavo Draqone və müdafiə naziri Quido Krosettonun bəyanatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, 2012-ci il qanunu ölkədə hərbi personalın sayının 2024-cü ildə 150 ​​min nəfərə endirilməsini nəzərdə tuturdu. Məsələ yenidən nəzərdən keçirilib və hakimiyyət indi 160.000 hərbi qulluqçudan ibarət ordunu hədəfə alıb.

“Ciddi kadr çatışmazlığı var. Dövr dəyişib, bizim üzləşdiyimiz təhlükələr də dəyişib. Biz ordumuzdan getdikcə daha fəal istifadə edirik”, - İtaliya Baş Qərargah rəisi bildirib.

Qeyd edək ki, 2012-ci ildə Mario Monti hökuməti müdafiə xərclərini optimallaşdırmaq üçün İtaliya ordusunu tədricən ixtisar etməyi planlaşdırıb. 2017-ci ildə Müdafiə Nazirliyinin məlumatına görə, orduda təxminən 172 min hərbçi xidmət edib. Onların sayı 2018-ci ildə təxminən 171 min, 2020 və 2021-ci illərdə təxminən 169 min, 2022 və 2023-cü illərdə isə müvafiq olaraq 166 min və 165 min olub.