Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub.

"Report"un yerli bürosu xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib.

K.Abaslı 2003-2007-ci illərdə Bakı Slavyan Universitetində İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr təhsili alıb.

2007-2009-cu ildə eyni universitetdə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistratura təhsili alıb. 2021-2022-ci illərdə Təhsil İnstitutunda ardıcıl olaraq aparıcı elmi işçi və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri vəzifələrində çalışıb. 2023-cü ildən Təhsil İnstitutunun direktor müavini vəzifəsini icra edib. 2023-cü ilin noyabrında Sumqayıt Dövlət Universitetində Rektorun müşaviri vəzifəsinə təyin olunub.

“Web of Science”, “Scopus”, kimi elmmetrik bazalarda indekslənən müxtəlif beynəlxalq jurnallarda və yerli jurnallarda nəşr olunan ümumilikdə 15-dən çox elmi məqalənin, 6 kitab bölməsinin, 4 hesabatın müəllifi və həmmüəllifidir. Təhsillə əlaqəli 7 beynəlxalq konfransda çıxış edib. 6 beynəlxalq və bir yerli elmi jurnalda rəyçidir.