Sumqayıtda evdən 63 yaşlı kişinin meyiti tapılıb

Sumqayıtda evdən 63 yaşlı kişinin meyiti tapılıb

Sumqayıt şəhərində evdən 63 yaşlı kişinin meyiti tapılıb.

“Birxeber.Az”un yerli bürosu məlumat verir ki, hadisə “Qurd dərəsi” adlanan bağlar massivində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Qiyaz Dilqəm oğlu Bünyatovun meyiti yaşadığı evdə tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.