Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

“Birxeber.Az”un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2002-ci il təvəllüdlü E.Rzayeva, 1986-cı il təvəllüdlü M.Adıgözəlova və 1989-cu il təvəllüdlü T.Nəbiyev yaralanıb.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.