Taksi fəaliyyətində buraxılış tarixindən 15 il keçən avtomobillərə qadağa qoyulacaq

Taksi fəaliyyətində buraxılış tarixindən 15 il keçən avtomobillərə qadağa qoyulacaq

Azərbaycanda buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Qərara əsasən, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Bu qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.