Bakıda 41 yaşlı qadını avtomobil vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Birxeber”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Əhmədova Könül Elşad qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.