CAR lideri Prezident İlham Əliyevi təbrik edib

CAR lideri Prezident İlham Əliyevi təbrik edib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Birxeber.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Cənubi Afrika Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Cənubi Afrika Respublikası ölkələrimiz arasında müxtəlif səviyyələrdə,
o cümlədən ikitərəfli, regional, kontinental və qlobal çağırışlarla bağlı məsələlər üzrə əməkdaşlıq etmək üçün platforma yaratmağa imkan verən tarixi və siyasi əlaqələrimizə möhkəm sadiqdir. Cənubi Afrika Respublikasının Hökuməti Azərbaycanla mövcud olan möhkəm əlaqələri, Azərbaycan xalqı və Hökuməti ilə həmrəyliyi daha da inkişaf etdirmək niyyətindədir.

Azərbaycan xalqı Sizin liderliyinizə inamını təsdiqlədi. Mən Cənub-Cənub əməkdaşlığını və ümumi inkişafın, qlobal bərabərliyin, sosial ədalətin təşviqini daha da irəli aparmaq üçün Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə inamımı ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".