ABB-nin Ağdaş filialı yenilənib

ABB-nin Ağdaş filialı yenilənib

ABB filiallarının transformasiyası layihəsi uğurla davam etdirilir. Bankın Ağdaş filialı da Ağdaş şəhərinin mərkəzində, ABB-nin brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılmış yeni binada fəaliyyətə başlayıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb.

Filial Ağdaş şəhəri, Heydər Əliyev prospekti – 96 ünvanında müştərilərin xidmətindədir.

Müştərilər Ağdaş filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.