Bakıdakı "Böyük İpək Yolu" turnirində mükafatlandırma mərasimi keçirilib

Bakıdakı "Böyük İpək Yolu" turnirində mükafatlandırma mərasimi keçirilib

"Böyük İpək Yolu" beynəlxalq boks turnirinin final qarşılaşmaları və mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir Bakıdakı Boks Mərkəzində baş tutub.

Təltifolunma mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Boks Federasiyasının prezidenti Sahil Babayev iştirak ediblər.

Turnirə 11 ölkədən 121 idmançı qatılıb. Azərbaycanın qadın boksçuları yarışı 2 qızıl, 3 gümüş, 4 bürünc medalla başa vurublar. Kişi boksçular arasında mübarizə davam edir.

Təmsilçilərimizdən Həsən Məlikov və Şamil Əsgərov final görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar.