ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdür

ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdür

Bu yarışın Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdür.

"Report" xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov “Böyük İpək Yolu” beynəlxalq turniri barədə jurnalistlərə açıqlamasında deyib.

ABF rəsmisi yarışda 11 ölkənin mübarizə apardığını xatırladıb: "Olimpiya və dünya çempionları da bu turnirdə iştirak ediblər. Azərbaycan Boks Federasiyasının yaradılmasının 100 illiyidir. Bu məqsədlə ölkəmizdə silsilə tədbirlər keçirməyi planlaşdırırıq. Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında turnir keçiriləcək. İlin sonunda gənclər arasında da yarış olacaq. Bundan əlavə, sentyabrda ölkəmizdə ilk dəfə AİBA Pro versiyası üzrə boks gecəsi keçiriləcək".

Qeyd edək ki, "Böyük İpək Yolu" turnirinə 11 ölkədən 121 idmançı qatılıb.