Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb

Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb

Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb.

Belə ki, bundan sonra aşağıda göstərilənlərdə idxal gömrük rüsumuna cəlb olunacaq:

- təmənnasız paylanılması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən mallar;

- Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycana verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Dövlət Neft Fonduna və yaxud hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycanı təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar;

- ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycana idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə);

- Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr;

- Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl.