Hikmət Hacıyev Fəxrədddin Altuna təşəkkür edib

Hikmət Hacıyev Fəxrədddin Altuna təşəkkür edib

"Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və Kommunikasiya idarəsi olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz".

Birxeber.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında bildirib.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Birxeber.Az-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin dezinformasiya ilə mübarizədə Azərbaycana dəstək verəcəyini bildirib.

Fəxrəddin Altun Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin məruz qaldığı ittihamları şərh edərək, onu da vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə bu gün müxtəlif platformalarda dezinformasiya və qaralama kampaniyasına məruz qalır.