Azərbaycanda gömrük borcunun bank hesabına ödənilməsi qaydası dəyişib

Azərbaycanda gömrük borcunun bank hesabına ödənilməsi qaydası dəyişib

Nazirlər Kabineti "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” 14 iyul 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə 5 dekabr 2023-cü il 5 dekabr tarixli qanunun icrasını təmin etmək məqsədilə bəzi qərarlarında dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”na 3 nömrəli əlavə (Qarantiya öhdəliyi) dəyişib. Əgər indiyə qədər gömrük borcu ödəniş sənədi təqdim edildiyi gündən 3 iş günü müddətində bank hesabına ödənilməli idisə, bundan sonra sərəncamın icraya qəbul edildiyi vaxtdan növbəti iş günündən gec olmayaraq ödənilməlidir.