Gürcüstanda kurort zonasında qar uçqunu olub

Gürcüstanda kurort zonasında qar uçqunu olub

Gürcüstanın Bakuriani kurort zonasında qar uçqunu olub.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb. Bildirib ki, əraziyə ətraf bölgələrdən axtarış-xilasedicilər cəlb edilib, həmçinin Tbilisidən helikopter göndərilib.
Yerli KİV-in məlumatına görə, təbii fəlakət nəticəsində 1 nəfərin həlak olduğu ehtimal edilir.