Sumqayıtda evdən kişi meyiti tapılıb

Sumqayıtda evdən kişi meyiti tapılıb

Sumqayıtda mənzildən 61 yaşlı kişi meyiti tapılıb.

Birxeber.Az xəbər verir ki, hadisə “Qurd dərəsi “ bağlar massivində qeydə alınıb.

1961-ci il təvəllüdlü Qiyaz Dilqəm oğlu Bünyatovun yaşadığı evdə meyiti tapılıb. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.