MN: İran, Çin və Rusiyanın birgə təlimləri başqa ölkəyə qarşı yönəlməyib

MN: İran, Çin və Rusiyanın birgə təlimləri başqa ölkəyə qarşı yönəlməyib

İran, Çin və Rusiyanın Oman körfəzində keçirilmiş birgə hərbi-dəniz təlimləri hər hansı digər bir ölkəyə qarşı yönəlməyib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U Tsyan brifinqdə bildirib.

“Bu təlimlər hər hansı konkret bir ölkəyə qarşı yönəlməyib və regional vəziyyətlə bağlı heç bir əlaqəsi yoxdur”, - U Tsyan deyib.

Rəsmi nümayəndə Çin, İran və Rusiyanın daha əvvəl bir neçə dəfə birgə təlimlər keçirdiyini xatırladıb. Onun sözlərinə görə, bu təlimlər üç ölkənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın və mübadilənin gücləndirilməsi və regional dəniz təhlükəsizliyinin birgə təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, martın 14-də Rusiya Müdafiə Nazirliyi Oman körfəzində “Dəniz təhlükəsizlik kəməri - 2024” təlimlərinin praktiki hissəsinin başa çatdığını açıqlayıb.

Kamilla Kazımova