"Kapital Bank”ın istiqrazları BFB-də listinqə daxil edilib

"Kapital Bank”ın istiqrazları BFB-də listinqə daxil edilib

Martın 28-də Bakı Fond Birjasında "Kapital Bank” ASC-nin ümumi dəyəri 35 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Bu barədə "Birxeber.Az-Economics"ə BFB-dən bildirilib. Qeyd edilib ki, istiqrazların yerləşdirilməsi BFB-də abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Qeyd edək ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların nominal dəyəri 100 dollar, həcmi isə 350 min ədəddir. Gəlirliliyi 7% olan istiqrazlar 7 il müddətində tədavüldə olacaq. Kupon ödənişləri isə rübdə bir dəfə nəzərdə tutulub.