Ermənistan Milli Assambleyası sədrinin ailəsinin avtomobili qəzaya düşüb

Ermənistan Milli Assambleyası sədrinin ailəsinin avtomobili qəzaya düşüb

Kotayk rayonunda Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın ailəsinə xidmət edən avtomobilin iştirakı ilə qəza baş verib.

APA xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.

Axşam saatlarında İrəvan-Göyçə yolunda “Toyota Land Cruiser Prado” və BYD markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Saytın məlumatına görə, “Toyota” Milli Assambleyanın balansındadır və parlament sədrinin ailəsinə xidmət edir.