Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib

Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib

Rusiya Prezidenti Vladimir Putin terror aktının baş verdiyi "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov terror aktının ilk dəqiqələrindən insanların xilas edilməsi və yardımların göstərilməsi üçün bütün tədbirlərin görüldüyünü və Putinin heyətin işinə mane olmamaq üçün “Crocus”a getmədiyini söyləyib.

"Terror aktı zamanı həlak olanların ailələrinə və zərərçəkənlərə hər cür yardım göstərilir. Putinin iştirakı ilə təmaslar lazım olarsa, Kreml məlumat verəcək. Terrordan zərərçəkənlərə və həlak olanların ailələrinə yardımın göstərilməsi istiqamətində işlər mümkün qədər tez təşkil olunub və davam etdirilir" - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov istintaq orqanları və xüsusi xidmət orqanlarının "Crocus"da törədilən terror aktı üzərində işlədiyini, əsaslandırılmış nəticələr üçün vaxt lazım olduğunu da əlavə edib.