KİV: ABŞ “Crocus City Hall”dakı terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib

KİV: ABŞ “Crocus City Hall”dakı terror aktı ilə bağlı bütün məlumatları Rusiyaya ötürməyib

ABŞ rəsmiləri Moskva vilayətindəki “Crocus City Hall”da planlaşdırılan terror aktı ilə bağlı bütün məlumatları rusiyalı həmkarları ilə bölüşməyiblər.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Bildirilib ki, buna səbəb Moskvanın ABŞ kəşfiyyat xidmətlərinin informatorları və onların kəşfiyyat üsullarını ifşa edə biləcəyinə dair narahatlıq idi.

Qeyd edilib ki, Vaşinqton və Moskva arasında düşmənçilik münasibətləri ABŞ rəsmilərinin terror planı haqqında məlumatı paylaşmasına mane olub.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 143 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.