Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb

Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb

Gürcüstanda ölüm halları doğum nisbətini ötüb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə Gürcüstanda 40 214 uşaq doğulub. Bu da bir il əvvəlkindən 5% azdır. Yeni doğulanların 21 010-u oğlan, 19 204-ü isə qızlardır.

Ötən il Gürcüstanda 42 756 ölüm halı qeydə alınıb. Bu da 2022-ci illə müqayisədə 13% azdır.

Qeyd edək ki, 2022-ci ildə Gürcüstanda 42 319 uşaq doğulub. 49 118 nəfər isə dünyasını dəyişib.