ABŞ Nümayəndələr Palatasının heyəti Türkiyəyə səfər edəcək

ABŞ Nümayəndələr Palatasının heyəti Türkiyəyə səfər edəcək

Sabah ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi heyəti Türkiyəyə səfər edəcək.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyindən mənbələr bildirib.

Qeyd olunub ki, milli müdafiə naziri Yaşar Gülər heyəti qəbul edəcək, görüş zamanı terrorla mübarizə, F-16 tədarükü və modernizasiya prosesi müzakirə olunacaq.