Qırğızıstanın əmək nazirliyi: Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir

Qırğızıstanın əmək nazirliyi: Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir

Qırğızıstan vətəndaşlarını sosial şəbəkələr vasitəsilə Rusiyada terror aktları törətməyə cəlb etməyə çalışırlar.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Qırğızıstanın Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyinin məlumatında deyilir.

“Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin Rusiyadakı nümayəndəliyi xəbərdarlıq edir ki, Rusiyada terror aktlarında iştirak etmək üçün vətəndaşları, o cümlədən azyaşlı uşaqları sosial şəbəkələr vasitəsilə fəal şəkildə cəlb cəlb etməyə çalışırlar”, - məlumatda bildirilib.

Qeyd edilib ki, bu şəxslər dini, mədəni, milli və digər sosial xüsusiyyətlərə görə müxtəlif qruplar üzrə yazışmaları təhlil edərək qurbanları müəyyənləşdirir və həssas insanlara, depressiyaya düşən və ya hər hansı çətinlik çəkən insanlara arxalanırlar.