Fransada xarici kəşfiyyatın keçmiş rəhbəri generalla birlikdə hədə-qorxu ilə pul tələb edib

Fransada xarici kəşfiyyatın keçmiş rəhbəri generalla birlikdə hədə-qorxu ilə pul tələb edib

Fransada məhkəmə Xarici Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri Bernard Bajoleni hədə-qorxu ilə pul tələb etməkdə və şəxsi azadlığı pozmaqda ittiham edib.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 2013-cü ilin aprelindən 2017-ci ilin may ayına qədər kəşfiyyat xidmətinə rəhbərlik edən Bajole idarənin qərargah rəisi, general Jan-Pyer Palasse ilə birlikdə iş adamı Alen Dumesnildən hədə-qorxu ilə pul alınmasına razılıq verib.

2016-cı ilin mart ayında iş adamı Şarl de Qoll hava limanından Cenevrəyə uçmağa hazırlaşarkən sərhəd polisi ondan şəxsiyyət vəsiqəsini yoxlamaq üçün polis bölməsinə getməsini istəyib.

Orada idarənin iki mülki geyimli agenti Dumesnilin 15 milyon avro borcunu ödəməli olduğunu bildirib. İş adamının sözlərinə görə, agentlər ona ailəsinin fotolarını göstərib, təhdid ediblər, lakin o, əməkdaşlıqdan imtina edib və şikayət edib.

2000-ci illərin əvvəllərində kəşfiyyat agentliyi bir neçə lüks mal markasını birləşdirən “EK Finances” şirkətinə uğursuz investisiyadan sonra təxminən 23 milyon avro itirib. Zərərləri ödəmək üçün Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin işçiləri Dumesnil ilə onun şirkəti “Francesco Smalto Holding”in aktivlərini dəyişdirərək səhmləri geri almağa razılaşdılar.

Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxslərin bildirdiyinə görə, iş adamı birjada alqı-satqı yolu ilə gəlir əldə etmək əvəzinə, müflis olduğunu elan edib.

Bajolenin sözlərinə görə, o zaman ölkə prezidenti olan Fransua Olland idarənin maliyyə problemlərindən xəbərdar idi, lakin kəşfiyyat xidmətinin keçmiş rəhbəri Dumesnilin dindirilməsi üçün ondan razılıq istəmədiyini iddia edib.

O, hava limanında sorğu-sualın aparılmasının təfərrüatlarını bilmədiyini və yalnız ona icazə verdiyini deyib. Orada iştirak edən agentlərin adları açıqlanmayıb.

Digər ölkələr Digər ölkələr
Polşa NATO ilə birgə hərbi təlimə hazırlaşır

Polşa NATO ilə birgə hərbi təlimə hazırlaşır

Digər ölkələr Digər ölkələr
ABŞ-da tornado azı 23 nəfərin həyatına son qoyub

ABŞ-da tornado azı 23 nəfərin həyatına son qoyub

Digər ölkələr Digər ölkələr
Çexiya paytaxtında hökumət əleyhinə mitinq olub, saxlanılanlar var

Çexiya paytaxtında hökumət əleyhinə mitinq olub, saxlanılanlar var

Digər ölkələr Digər ölkələr
Britaniyada yeni nazirliklər yaradılacaq

Britaniyada yeni nazirliklər yaradılacaq

Digər ölkələr Digər ölkələr
Çin ABŞ-la mübarizə üçün yüz milyardlarla dollar xərcləyəcək

Çin ABŞ-la mübarizə üçün yüz milyardlarla dollar xərcləyəcək

Digər ölkələr Digər ölkələr
ABŞ Ukraynaya “Bradley” PDM-lərinin tədarükünü nəzərdən keçirir

ABŞ Ukraynaya “Bradley” PDM-lərinin tədarükünü nəzərdən keçirir

Digər ölkələr Digər ölkələr
KİV: “İsrail Ukraynaya zirehli təcili tibbi yardım avtomobili göndərəcək”

KİV: “İsrail Ukraynaya zirehli təcili tibbi yardım avtomobili göndərəcək”

Digər ölkələr Digər ölkələr
Quterreş Sudanda BMT nümayəndələrinin ölümündə günahkar şəxsləri cəzalandırmağa çağırıb

Quterreş Sudanda BMT nümayəndələrinin ölümündə günahkar şəxsləri cəzalandırmağa çağırıb

Digər ölkələr Digər ölkələr
ABŞ-da restoranda naməlum şəxs atəş açıb, ölən və yaralananlar var

ABŞ-da restoranda naməlum şəxs atəş açıb, ölən və yaralananlar var

Digər ölkələr Digər ölkələr
Meksika paytaxtında metroda iki qatar toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB

Meksika paytaxtında metroda iki qatar toqquşub, ölən və yaralananlar var - YENİLƏNİB

Digər ölkələr Digər ölkələr
Peru hakimiyyəti etirazlar zamanı həlak olanların ailələrinə təzminat ödəyəcək

Peru hakimiyyəti etirazlar zamanı həlak olanların ailələrinə təzminat ödəyəcək

Digər ölkələr Digər ölkələr
Şolts: “Almaniya 2023-cü ildə birtərəfli qaydada Ukraynaya tanklar ötürməyəcək”

Şolts: “Almaniya 2023-cü ildə birtərəfli qaydada Ukraynaya tanklar ötürməyəcək”