Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib

Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunları “Zvartnots” hava limanında və Gürcüstanla sərhəd “Baqrataşen” keçid məntəqəsində xidmətə qəbul elan edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri MTX-nin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

“Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları “Zvartnots” aeroportunda, Gürcüstanla sərhəddə yerləşən “Baqrataşen” keçid məntəqəsində və digər buraxılış məntəqələrində hərbi xidmətə qəbulu təşkil edir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, ölkəsi avqustun 1-dən etibarən “Zvartnots” hava limanında müstəqil şəkildə sərhəd nəzarətini həyata keçirmək istəyi barədə Rusiya tərəfini rəsmi şəkildə məlumatlandırıb.