Kreml: "Telegram" getdikcə terrorçuların əlində alətə çevrilir

Kreml: "Telegram" getdikcə terrorçuların əlində alətə çevrilir

"Telegram" getdikcə terrorçuların əlində alətə çevrilir.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü şəbəkənin sahibi Pavel Durovu "Telegram"a daha diqqətlə nəzarət etməyə çağırıb. Onun sözlərinə görə, messencer getdikcə terrorçuların əlində alətə çevrilir.

“Əlbəttə, biz Pavel Durovdan daha çox diqqət gözləyərdik, çünki texnoloji nöqteyi-nəzərdən bizim nəslin gözü qarşısında böyüyən bu unikal və fenomenal resurs getdikcə terrorçuların əlində alətə çevrilir. - terror məqsədləri üçün istifadə olunur”, - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Peskov hazırda Rusiyada "Telegram"ı bloklamaq planının olmadığını da söyləyib.