Mərkəzi Bank: Azərbaycanda manata inam qorunur

Mərkəzi Bank: Azərbaycanda manata inam qorunur

Azərbaycanda depozitlərin dollarlaşması səviyyəsi manata inamın qorunduğunu göstərir.

"Birxeber.Az-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti ilə bağlı qərarında bildirilib.

Mərkəzi Bank qeyd edib ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir:

"2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 11.5%-i səviyyəsində profisit olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən mövcud meyillərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8 mlrd.ABŞ dolları) gözlənilir. Bununla yanaşı fevralda depozit dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata inamın qorunduğunu göstərir. Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına nəzərən 1.3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9 faiz bəndi azalıb".