ABŞ-də millətçilər Meksika sərhədinə yürüş planlaşdırıb

ABŞ-də millətçilər Meksika sərhədinə yürüş planlaşdırıb

ABŞ-də xristian millətçilər Meksika ilə sərhədə nəzarətin gücləndirilməsi tələbi ilə gələn həftə Meksika sərhədinə doğru yürüş keçirəcəklər.

APA ABŞ mətbuatına istinadən xəbər verir ki, özlərini “tanrının ordusu” adlanıran yük maşını sürücüləri missiyalarının ABŞ sərhədlərinin açıq saxlanmasını və “ABŞ-ın məhv olmasını” istəyən qlobalistlərə qarşı mübarizə aparmaq olduğunu bildirirlər. “Sərhədimizi geri qaytar” adlı yürüşün təşkilatçıları ölkənin “qara qüvvələr” tərəfindən mühasirəyə alındığını və “bu mübarizə”nin vacib Bibliyia hadisəsi olduğunu bildirirlər.

Yürüş iştirakçılarının məqsədinin Bayden administrasiyasına mesaj göndərmək olduğu bildirilir. Onun veb saytında bütün aktiv və təqaüddə olan hüquq mühafizə orqanları əməkdaşlarına, hərbçilərə, veteranlara, seçilmiş rəsmilərə, biznesmenlərə, yük maşını sürücülərinə və digər peşə sahiblərinə yürüşün məqsədlərinə qoşulmaq çağırışı edilir.

KİV yürüşün getdikcə daha çox diqqət cəlb etdiyini bildirir.

Ekspertlər xristian millətçilərin ritorikasının Texasda onsuz da gərgin olan vəziyyəti daha da təhlükəli etdiyini bildirirlər.