Beynəlxalq klub turnirlərində ən çox “quru” oyun keçirən qapıçılar - SİYAHI

Beynəlxalq klub turnirlərində ən çox “quru” oyun keçirən qapıçılar - SİYAHI

Beynəlxalq klub turnirlərində ən çox oyunda qol buraxmayan qapıçılar müəyyənləşib.

“Report” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, ispaniyalı Pepe Reyna siyahıya başçılıq edir.

Ölkəsində “Vilyarreal”ın qapısını qoruyan 42 yaşlı qolkiper avrokuboklar və klublararası dünya çempionatında 79 “quru” oyun keçirib.

1. Pepe Reyna (İspaniya) - 79

2. Rojerio Seni (Braziliya) – 73

3. Dida (Braziliya) – 72

4. Edvin van der Sar (Niderland) – 71

5. Canluici Buffon (İtaliya) – 69

6. İker Kasilyas (İspaniya) – 65

7. Moez Ben Çerifia (Tunis) – 60

8-9. Petr Çex (Çexiya) - 59

8-9. Manuel Noyer (Almaniya) - 59

10. Viktor Valdes (İspaniya) – 55

11. Franko Armani (Argentina) - 54

12-14. Rey Klemens (İngiltərə) - 53

12-14. Veverton (Braziliya) - 53

12-14. Fabio (Braziliya) - 53

15. Santyaqo Kanisares (İspaniya) – 51

16-17. Ever Almeyda (Paraqvay) – 50

16-17. Mariano Anduxar (Argentina) – 50