Bakı Olimpiya Stadionunun qarşısında qəza olub, xəsarət alan var - VİDEO - YENİLƏNİB

Bakı Olimpiya Stadionunun qarşısında qəza olub, xəsarət alan var - VİDEO - YENİLƏNİB

Bu gün 09:08 radələrində Bakı Olimpiya Stadionunun yaxınlığından yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Xəsarət alan 54 yaşlı şəxs (kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirib ki, xəsarətlə nəticələnən yol qəzası ilə bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

***

09:38

Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.