Naxçıvanda yolda qaya uçqunu olub - FOTO

Naxçıvanda yolda qaya uçqunu olub - FOTO

Naxçıvanda Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yolun 18-20-ci km-də qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.