Baş Prokurorluğun sabiq mətbuat katibi Eldar Əfəndiyev vəfat edib

Baş Prokurorluğun sabiq mətbuat katibi Eldar Əfəndiyev vəfat edib

Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, Əməkdar hüquqşünas Eldar Əfəndiyev vəfat edib.

APA xəbər verir ki, Eldar Əfəndiyevin xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, E.Əfəndiyev 2010-cu ildə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Bundan sonra fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi kimi davam etdirib.