Lənkəranda zəncirvari yol qəzası olub, ata və oğul ölüb - YENİLƏNİB

Lənkəranda zəncirvari yol qəzası olub, ata və oğul ölüb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Lənkəranda ata və oğulun öldüyü qəza ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Birxeber.Az"a bildirilib ki, martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar.

Nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes"in sürücüsü isə bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

09:24

Lənkəran rayonunda ağır avtoqəza olub.

“Birxeber.Az”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, zəncirvari qəzada "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə "VAZ-2109"da olan sürücü və oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.