Texasın vitse-qubernatoru prezident Baydenə “yoldan çəkilməyi” məsləhət görüb

Texasın vitse-qubernatoru prezident Baydenə “yoldan çəkilməyi” məsləhət görüb

Texasın vitse-qubernatoru ABŞ prezidenti Cozef Baydenə güc strukturları ilə qarşıdurmada “yoldan çəkilməyi” və vəziyyəti gərginləşdirməməyi məsləhət görüb.

“Report”un məlumatına görə, Fox News telekanalının efirində danışan vitse-qubernator bildirib ki, güc strukturları ilə qarşıdurmaya gedəcəyi halda Bayden administrasiyası ən böyük səhvini buraxmış olacaq.

“Sərhəddə bizim milli qvardiya ilə qarşıdurmaya getmək Bayden administrasiyasının ən böyük səhvi olacaq. Biz Amerika xalqının istədiyini həyata keçirməklə məşğuluq”, - o deyib.

Qeyd edək ki, Texas qubernatoru qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə 50 kilometrlik tikanlı məftildən sədd çəkib. Bayden administrasiyası bu qərardan Ali Məhkəməyə şikayət edib. Yanvarın 22-də məhkəmə administrasiyanın xeyrinə qərar çıxarıb və qubernatorun səlahiyyətlərini aşdığını elan edib. Bayden sərhədçilərə tikanlı məftilləri sökmək əmri verib. Bundan sonra Texas qubernatoru ştatın ABŞ-ə xüsusi hüquqlarla daxil olmasını nəzərə alaraq, Texasın işğala məruz qaldığını bəyan edib.

Qubernator Texasın problemlərinin özünün həll edəcəyini deyib.