Beynəlxalq Cüdo Tədqiqatçıları Assosiasiyasının prezidenti ASAPES-in qonağı olub

Beynəlxalq Cüdo Tədqiqatçıları Assosiasiyasının prezidenti ASAPES-in qonağı olub

Beynəlxalq Cüdo Tədqiqatçıları Assosiasiyasının prezidenti professor Mayk Kallan və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) qonağı olublar.

"Report" xəbər verir ki, görüş zamanı akademiyanın rəhbər heyəti tərəfindən tərəfdaşlıq çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verilib.

Daha sonra akademiyanın mövcud imkanları çərçivəsində mümkün tərəfdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, Mayk Kallan cüdo üzrə dünyanın ən güclü məşqçilərindən biridir. O, 20-dən çox ölkədə milli səviyyəli idmançılarla işləyən 200-ə yaxın məşqçinin peşəkar inkişafına dəstək olub.

Mayk Kallan həmçinin Beynəlxalq Cüdo Federasiyasının Elmi Komitəsinin üzvü, Birlik Cüdo Assosiasiyasının Təhsil Direktoru və Avropa Cüdo İttifaqının keçmiş Elmi və Didaktik Ekspertidir.