DTX: Cinayət yolu ilə əldə edilmiş 175 milyon manatdan artıq pul vəsaiti dövlət büdcəsi nəfinə müsadirə edilib

DTX: Cinayət yolu ilə əldə edilmiş 175 milyon manatdan artıq pul vəsaiti dövlət büdcəsi nəfinə müsadirə edilib

Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması istiqamətində işlər görülüb.

APA xəbər verir ki, bunu DTX-ın rəisi, general-polkovnik Əli Nağıyev rəsmi qəzetə müsahibəsində deyib.

O bildirib ki, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.