Lənkəranda zəncirvari yol qəzası olub, ata və oğul ölüb

Lənkəranda zəncirvari yol qəzası olub, ata və oğul ölüb

Lənkəran rayonunda ağır avtoqəza olub.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, zəncirvari qəzada "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə "VAZ-2109"da olan sürücü və oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.