Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək

Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək

Təsdiqlənmiş izləyici sayı 5 mindən çox olan “X” istifadəçiləri pulsuz “Premium+” abunəsinə sahib olacaqlar, 2,5 mindən və daha çox təsdiqlənmiş izləyicisi olanlar isə “Premium” funksiyalarından yararlana biləcəklər.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask bildirib.

“Gələcəkdə 2,5 mindən çox təsdiqlənmiş abunəçisi olan bütün hesablar “Premium” funksiyalarını pulsuz əldə edəcək, sayı 5 mindən çox olan hesablar isə “Premium+” alacaq”, – o açıqlayıb.

Qeyd edək ki, “X” sosial şəbəkəsində üç növ abunə var ki, onların hamısı ödənişlidir. Qiymətlər kateqoriyadan asılı olaraq aylıq 3 dollardan 16 dollaradək dəyişir.